Dünya 11:37 08.10.2019

Putin öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyevin maaşı 1 oktyabrdan bəri artırılıb.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Prezident və Baş nazirin məvacibləri 4,3% artıb. 

Maaş artımı barədə qərar Baş nazirin köməkçiləri, İstintaq Komitəsinin rəhbəri, Baş Prokuror, Mərkəzi Seçki Komissiyasının sədri, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, diplomatik nümayəndəliklərin işçilərinə də şamil edilib. 

Qeyd edək ki, Vladimir Putinin nə qədər maaş alacağı barədə məlumat verilməyib. Ölkə rəhbərinin aylıq məvacibi 2018-ci ilin əvvəllərində 741 min rubl idi.

Gülşən