Dünya 15:45 02.06.2020

“Putini qovan” Yakutsk şamanı ruhi xəstəxanaya göndərildi

Yakutsk Şəhər Məhkəməsi şaman Aleksandr Qabışevin məcburi müalicəsi barədə qərar çıxarıb. 

Qaynarinfo xəbər verir ki, şaman Moskvada gəzinti təşkil edərək "Putini qovmaq” ayini keçirdiyinə görə cəzalandırılıb. Hökmə əsasən, o, respublika ruhi dispanserinə yerləşdiriləcək.

"MBX Media”nın bildirildiyinə görə, məhkəmə müalicə müddəti müəyyən etməyib. Bildirilir ki, dispanserin özü də Qabışevin "şəxsiyyətinin yüksək qiymətləndirilməsi” sondromundan əziyyət çəkdiyini göstərən məcburi müalicə haqqında iddia qaldırıb. Hüquq müdafiəçiləri mövcud hökumətin devrilməsinə çağırışların şəxsiyyət pozğunluğunun əsaslandırılması kimi göstərildiyini vurğulayıb.

Məhkəmə iddiasında dispanser onu da qeyd edib ki, mayın 12-dən 29-dək Qabışev bir xəstəxanada könüllü müalicə alıb, lakin o da bildirili ki, o, müəssisəyə polis əməkdaşları tərəfindən aparılıb. Bu isə onun xəstəxanaya könüllü getməsini istisna edir.
 
Alpər