Putini “qovmaq” istəyən Şaman Qabışevi öldürməmək qərarı verilib...

Putini “qovmaq” istəyən Şaman Qabışevi öldürməmək qərarı verilib...

Yakut şamanı Aleksandr Qabışev həbs edilərkən onun öldürülmə planı da olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sibir. Realii" (Rusiya Federasiyasında xarici agent kimi tanınır) onun işi ilə bağlı iclasda iştirak edən və adının çəkilməsini istəməyən Rusiya Milli Qvardiya zabitlərindən birinə istinadla məlumat verib.

Qəzetin yazdığına görə, ittiham tərəfinin şahidi kimi danışan Rosqvardiyaçılardan biri "istedadlı və ictimai şəxs olduğunu bildikləri üçün Qabışevin öldürülməməsinə qərar verdiklərini deyib.

Xatırladaq ki, Prezident Vladimir Putini "qovmaq” üçün Yakutiyadan Moskvaya gəlmək niyyətində olan Qabışev hazırda məcburi psixiatrik müalicə alır.

Alpər
X
XƏBƏRLƏR
BLOGLAR