Dünya 17:00 13.01.2021

Putinin əsas düşməni Rusiyaya qayıdır: Prezident üçün sonun başlanğıcı

Rusiya müxalifətinin lideri Aleksey Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya dönəcəyini açıqlayıb. Müxalifət lideri demək olar ki, sağaldığını və bərpa dövrünü bundan sonra öz evində davam etdirəcəyini bildirib. Navalnının kimyəvi silah hesab olunan "Noviçok” zəhəri ilə sui-qəsdə məruz qaldığını 

Kimyəvi Silahların Qadağası üzrə Təşkilat başda olmaqla Almaniya, Fransa və İsveçin ixtisaslaşmış laboratoriyaları təsdiq edib.

Qeyd edək ki, nüfuzlu media orqanları olan "The Insider”, "Bellingcat”, CNN, "Der Spiegel” və "El Pais”in birgə araşdırması bu sui-qəsdin arxasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin dayandığını üzə çıxarıb. Navalnı özü isə sui-qəsdin Rusiya prezidenti Vladimir Putinin əmri ilə həyata keçirildiyi qənaətindədir.

Qaynarinfo xəbər verir ki, politoloq Xaqani Cəfərli Navalninin qayıtmasını Putin üçün sonun başlanğıcı sayır:

"Navalnının Rusiya qayıdıb-qayıtmacağı son günlərin ən çox müzakirə olunan məsələlərindən idi. Hətta Rusiyanın bir çox nüfuzlu ictimai-siyasi xadimi Navalnıya müraciət edərək vətənə dönməməyi tövsiyə edirdilər. Yaxın dostları və silahdaşları isə hələlik vətənə dönməməyi təkidlə xahiş edirdilər.
Hər kəs anlayır ki, Putin rejimi Navalnını hansı yolla olursa-olsun aradan götürmək niyyətindədir. Bütün xəbərdarlıqlara və tövsiyələrə baxmayaraq, Navalnı Rusiyaya dönəcəyi tarixi açlqlayıb. Belə görünür ki, artıq bir dəfə ölümün özünü məğlub etmiş siyasətçi son döyüş üçün vətəninə qayıdır”.

Alpər