Video 18:35 24.01.2020

Putinin hərəkəti fələstinliləri güldürdü (VİDEO)

Ərəb mediasında Rusiya prezidenti Vladimir Putin və Fələstin lideri Mahmud Abbas arasındakı Vifleemdə baş tutan görüşdən video yayılıb. 

Qaynarinfo xəbər verir ki, görüntülər Məhəmməd Atik tərəfindən çəkilib. Videoda Putinin dəhlizdə getdiyini, bir zabitin furajkasının yerə düşdüyünü görməsi, əyilib götürməsi və qvardiyaçının başına qoyması görünür. Zabit hərəkət etmədən dayanmağa davam edir. Abbas və yaxınlıqda gedən nümayəndə heyətinin digər üzvləri gülümsəyirlər. Rusiya prezidentinin üzündə də təbəssüm görünür.

Bundan əvvəl Putin Abbasla görüşüb. Onlar "Əsrin müqaviləsi" və Fələstin-İsrail münaqişəsinin həllini də müzakirə edib. Abbas Putinə Fələstin xalqını dəstəklədiyinə görə təşəkkürünü bildirib. Rusiya lideri Abbası bu ilin may ayında qeyd oluanacaq Qələbə Günü tədbirlərində iştirak üçün Moskvaya səfərə dəvət edib.