Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putin və Co Bayden ilk dəfə telefonla danışıblar.
Qaynarinfo Kremlin saytına istinadla xəbər verir ki, hər iki siyasətçi strateji hücum silahlarına dair müqavilənin uzadılmasına dair razılığın əldə edilməsi ilə bağlı diplomatik notaların mübadiləsindən məmnun qalıblar.
"Önümüzdəki günlərdə tərəflər nüvə raket arsenallarının qarşılıqlı məhdudlaşdırılması üçün bu vacib beynəlxalq hüquqi mexanizmin daha da işləməsini təmin etmək üçün bütün lazımi prosedurları tamamlayacaqlar", - məlumatda deyilir.
Putin və Bayden koronavirusla mübarizədə əməkdaşlıq imkanlarını, ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxmasını, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının qorunması, Ukraynadaxili tənzimlənmə, eləcə də Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsini müzakirə edib.
Kremldən əlavə edilib ki, Rusiya və ABŞ liderləri arasındakı söhbət işgüzar və səmimi olub.
Lakin Kremlin veb saytındakı stenoqramda (notun dərc edildiyi vaxtda - red.) müxalif siyasətçi Aleksey Navalnının həbsi barədə bir söz deyilməməsi diqqət çəkir. News.ru saytına görə, Ağ Evin mətbuat katibi Cen Psaki Amerika Prezidentinin rusiyalı həmkarı ilə söhbətində bu məsələni qaldırdığını, onun zəhərlənməsindən və etiraz aksiyası keçirənlərə güc strukturlarının zorakı davranışından söz açdığını bildirib.
Alpər
Şərhlər