Düz deyiblər ki, müqəddəs yer boş qalmır. Etiraf edək ki, Boris Nemtsova qarşı sui-qəsdən sonra, nə vaxt ki rusiyalı siyasətçi-demokrat və qərbçi qəddarcasına öldürülmüşdü, biz belə hesab etdik ki, Rusiyada doxsanıncı illərin demokratik dalğasına birdəfəlik son verildi. Bəli, artıq islahatçı iqtisadçı Yeqor Qaydar həyatda yox idi, Anatoli Çubays tamam hakimiyyət düşərgəsinə keçmişdi, Qriqori Yavlinski isə artıq öz siyasi cazibəsini itirmişidi...
Amma yox, az müddətdən sonra bəlli oldu ki, bu çox tələsik analitik qənaətdır – müxalifətin yeni lideri, Aleksey Navalnı meydana çıxdı və demək olar ki, yalnız internetin və sosial şəbəkələrin köməyilə narazı elektoratı öz ətrafında konsolidasiya edə billdi. Düzdür, bir çox Rusiya politoloqları Navalnını hər cür adlandırmağa, onu bloger, ictimai fəal kimi, hətta xarici dairələrin adamı, necə deyər, "nüfuz agenti” kimi adlandırmağa hazırdır, təki ona müxalifətçi siyasətçi, xüsusən də Putin cənablarının real alternativi və rəqibi deyilməsin.
Haqlıdırlarmı? Düşünmürük. Böyük siyasətə kart-blanş almaq üçün iki məqam vacibdir.
Birincisi, belə iddiada bulunan adam ümummilli fiqur olmalı və onun adı çəkiləndə insanlar "Əcəba, bu kimdir” deyə soruşmamalıdırlar. Bir şərt də budur ki, o, beynəlxalq aktorların da diqqətini cəlb etməlidir.
Navalnı artıq bu mərhələləri arxada qoyub. Əgər indi bütün ölkədə insanlar onun müdafiəsi üçün aksiyalar keçirirsə, hətta uzaq Sibirdə, Saxa respublikasında 50 dərəcəlik şaxtada küçələrə və meydanlara etiraz üçün çıxırlarsa, bunun özü o deməkdir ki, Navalnı artıq Kreml üçün əsl başağrısı olub – biz hələ onu demirik ki, bu adamın zəhərlənməsinə görə dünyanın demək olar, bütün demokratik ölkələri etiraz etdi.
Müalicədən sonra Navalnı ölkəsinə qayıtdı. Amma hakimiyyət onu dərhal həbs etdirdi və burada Karl Marksın bir məşhur fikri yada düşdü. Dövlət iki halda dağılır: cinayət var, cəza yoxdur və bir də ki, cəza var, cinayət yoxdur.
Biz əlbət ki, Navalnının fəaliyyətində hüquqi təhqiqat üçün predemtin olduğunu və ya olmadığını deyə bilmərik. Amma hiss olunur ki, qarşıda rus Mandelası kimi bir siyasi fiqurun yetişməsi istisna olunmur, çünki bu ölkəni çekistlər və hərbçilər idarə edir və onların aşkar siyasətdən az da olsa, təsəvvürləri yoxdur.
Həbs etmək, ölkədən qovmaq, lazım olsa sui-qəsd təşkil etmək, hətta zəhərləmək – bunların bildiyi mübarizə üsulları yalnız budur. Bir faydası olacaqını bunların? Düşünmürük! A.Navalnını daha çox gənclər müdafiə edir və onlar gələcəkdə Rusiya elektroratının əsas hissəsi olacaqlar.
Praqmatik Rusiya təhlilçiləri daim qeyd edir ki, onların ölkəsi əvvəlki cazibəsini itirib, daha keçmiş sovet düşərgəsi üçün maraqlı deyil Rusiya. Amma burada dərhal sual yaranır: bəs öz vətəndaşları üçün necə? Ölkə öz cazibəsini saxlaya bilibdimi? Vladimir Putin özü bir dəfə demişdi ki, nə vaxtsa "Mersedes” idarə edən bir adamı "Jiquli”nin sükanı arxasına qaytarmaq müşkül məsələdir! Güman ki, bunu Rusiya həyatının bütün sferalarına şamil etmək mümkündür: təhsildən tutmuş iqtisadiyyatın ən ağlagəlməz sahələrinədək...
Amma rusiyalı konservatorlar bununla razışlaşmır, rus dilinin ən azı keçmiş sovet ölkələrində itirilmiş mövqelərinin qaytarılmasına çalışır və bu məqsədlə məktəblər, ali məktəblərin filiallarını açırlar. Mənası varmı bunun? Əlbəttə ki, yox.
Bilirisiniz, Rusiya hətta texniki elmlər sahəsində öz keçmiş mövqelərini itirib, alimlər başqa ölkələrin universitetlərinə qaçırlar, çünki orada həm maaş yüksəkdir, həm də elmlə məşğul olmaq üçün şərait yaxşıdır. Sovet imperiyasının çöküşündən artıq otuz il keçib və bu vaxt ərazində cəmi iki Rusiya alimi mükafatı alıb (J.Alferov və V.Ginzburq), onlar da yalnız sovet dövründəki kəşflərinə görə...
Müasir Rusiya siyasətçiləri bunu görür və daim qeyd edirlər ki, belə davam etsə, Rusiya yaxın gələcəkdə üçüncü ölkəyə çevriləcək. Amma hakimiyyət mənsubları bununla razılaşmır və onlara elə gəlir ki, əgər ordu varsa, xüsusən də nüvə silahı mövcuddursa, deməli, hər şey qaydasındadır, "nüfuz sferaları” uğrunda çəkişmələri davam etdirmək və özünü 21-ci əsrin fövqəldövləti kimi qələmə vermək olar...
Şərhlər