Qabil Hüseynli ölkə rəhbərliyinə təşəkkür etdi

Qabil Hüseynli ölkə rəhbərliyinə təşəkkür etdi

"Ölkəmizin siyasi rəhbərliyinə təşəkkür edirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında politolıq Qabil Hüseynli pilot Rəşad Atakişiyevə şəhid statusu verilməsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu, dövlətimizin göstərdiyi böyük ehtimalıdır:
 
 

"Dövlətimiz Rəşad Atakişiyevin döyüş şəraitinə yaxınlaşdırılmış hərbi təlimlər zamanı həlak olmasını yüksək qiymətləndirib və ona şəhid statusu verib”.
Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

Xatırladaq ki, 2019-cu il iyulun 24-də gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb. 

Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR