57 yaşlı amerikalı astronavt Peqqi Vitson kosmik stansiyada vəzifəsini tamamlayandan sonra rekord qıraraq dünyaya qayıdıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, son səfəri zamanı 288 gün, ümumilikdə isə 665 gün kosmosda keçirən Vitson "kosmosda ən çox qalan amerikalı" statusuna sahib çıxıb. Kosmosda ən çox müddət qalan şəxs isə 879 günlə rusiyalı kosmonavt Qennadi Padalkadır. Ümumi sıralamada isə Vitson 8-ci sırada qərarlaşıb. Vitson həm də "Kosmosa gedən ən yaşlı qadın" və "Kosmosda ən çox gəzən qadın" statuslarına da sahibdir.
İlk dəfə 2002-ci ildə kosmosa gedən Peqqi Vitson 2008-ci ildə Beynəlxalq Uzay Stansiyasının rəhbəri vəzifəsini həyata keçirmişdi.
Gülşən
Qaynarinfo.Az
Şərhlər