15 Mayda Çexiya Respublikası Praqa şəhər Bələdiyyəsinin ayırdığı binada "Qadın və uşaqların müharibədən sonra cəmiyyətə inteqrassiyası" mözvüsunda Azərnbaycandan olan ekspertlər və çexiyalı QHT-çi və jurnalistlərlə birgə tədbir keçirildi.
Qaynarinfo xəbər verir ki, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova və hərbi psixoloq Azad İsazadə Azərbaycanın mülki əhalisinin, eləcə də Ermənistanın Qarabağ və ətraf rayonların işğalı ilə başlatdığı müharibənin qadın və uşaqlara vurduğu fiziki və psixoloji travmalardan, QHT-lərin bu işdə qadın və uşaqlarla aparılan işlərindən, psixoloji rehabilitassiya prossesi haqqında danışdılar. Çexiyalı jurnalistlərin Qarabağ münaqişəsin səbəbləri və tarixihaqqında suallarına da ətraflı geniş cavablar verildi. Media eksperti Rövşən Əliyev isə "Media və Konfliktlər" mövzusunda çox maraqlı çıxış etdi. Azərbaycandan fərqli olaraq, ermənilərin 100 illik diaspora ənənəsindən və onların Azərbaycana qarşı xaricdə apardıqları uzunmüddətli neqativ təbliğatların konfliktin həllində necə problemlər yaratmasından danışdı. Tədbirin təşkilatçısı, Çexiya sosial-demokrat partiyasının üzvü, Çexiya Respublikasının vətəndaşı, həmyerlimiz Zamiq Məmmədli isə tədbirin məqsədi, öz həyat hekayəsi, beynəlxalq ictimaiyyətin Gürcüstan və Ukraynadakı konfliklərlə müqayisədə Qarabağ mövzusuna laqeyid, bəzən ikili standartlarla yanaşmaları haqqında çexiyalı iştirakçılara məlumat verdi. Tədbir çərçivəsində Azərbaycanlı məktəbli uşaqların Qarabağ və müharibə haqqında çəkdikləri rəsmlərlər də tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Şərhlər