Xəbər lenti

Video 15:25 28.01.2018

Qadını itələyib qatarın altına atan şəxs: "Şeytanın əmrini yerinə yetirdim" (VİDEO)

Braziliyada qorxunc hadisə yaşanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, San Pauloda metro stansiyalarının birində bir şəxs qatar gələn zaman platforma kənarında dayanan qadınlardan birini itələyərək onun önünə atıb. Möcüzəvi şəkidə relslərin arasına düşən qadın sağ qalıb. Yüngül xəsarətlə xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisədən sonra onu itələyən şəxs polis tərəfindən saxlanılıb. Əqli cəhətdən zəif olduğu düşünülən şəxs polisə verdiyi ifadəsində şeytanın əmrini yerinə yetirdiyini deyib.

Faktla bağlı cinayət işi açılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->