Dünya 15:29 10.08.2017

Qadının ayaqqabısında 2 kq kokain tapıldı (FOTO)

ABŞ-dan Avstraliyaya getməyə hazırlaşan qadının ayaqqabısından 2 kq kokain tapılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, havalimanında təhlükəsizlik nəzarətindən keçən qadının dikdaban ayaqqabısının dabanında 2 kq kokain tapılması hamını şoka salıb.

Sosial mediada yayılan və hamının təəccübünə səbəb olan hadisəyə "Bu Sindirella yaraşıqlı şahzadə xəyalı qurmamalıdır" reaksiyası verilib.

Gülşən

Qaynarinfo.Az