Video 21:50 06.03.2020

Qadınlar 8 Martda nə gözləyir? (VİDEO)

"ASAN Xidmət" mərkəzlərində 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı sorğu keçirilib.

Qaynarinfo xəbər verir ki, "exit-poll" ekranlarında "Qadınlar 8 Martda nə gözləyir?" sualına cavab veriblər. Onlar gül, bahalı hədiyyə və xoş söz variantları arasında seçim ediblər.

3 gün ərzində 3 mindən çox qadının iştirak etdiyi sorğuda 10 faizi gülü, 17 faizi bahalı hədiyyəni, 73 faizi isə xoş sözü seçib.