Xəbər lenti

İdman 12:24 26.02.2014

Qalatasaray" "Çelsi" ilə üz-üzə

Bu gün keçiriləcək qarşılaşmalarla Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.


Apasport.az saytının məlumatına görə, gecə saatlarında daha 2 görüş baş tutacaq.
 
Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi qarşılaşma İstanbulda keçiriləcək.
 
“Qalatasaray” doğma azarkeşləri qarşısında “Çelsi”ni sınağa çəkəcək. Rəqib güclü olsa da, Roberto Mançininin komandası qələbə qazanmaq əzmindədir. “Zadəganlar” isə İngiltərə futbolunun nüfuzunu qorumaq üçün döyüşəcək. Qitənin ən nüfuzlu klub turnirində yoluna davam edən “Mançester Yunayted”, “Arsenal” və “Mançester Siti” 1/8 final mərhələsinin ilk görüşündə uduzduqlarından (hamısı 0:2), “Çelsi”nin üzərinə böyük məsuliyyət düşür.
 
Günün digər matçı isə Almaniyada oynanılacaq. Azarkeşlər “Şalke” ilə Madrid “Real”ı arasında baş tutacaq dueli izləyə biləcəklər. Qarşılaşmanın favoriti qonaqlar olsalar da, “şaxtaçılar” doğma publika önündə asan təslim olmaq niyyətindən uzaqdırlar.
 
Çempionlar Liqası, ilk oyunlar
26 fevral (çərşənbə)

23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
 
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

Qaynar.info
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->