Sənət 13:15 26.09.2016

Qan xərçənginə görə kimyaterapiya keçən rejissorun yeni fotosu

Qan xərçəngindən (leykoz) əziyyət çəkən rejissor Şahin Zəkizadənin müalicəsi davam edir. 

Rejissor sosial şəbəkədə yeni fotosunu paylaşıb.

O, şəkilə "Yazdığınız xoş sözlərin hamısını oxuyuram. Mənəvi dəstəyiniz üçün çox sağ olun. Allahın izni, həkimlərin peşəkar nəzarəti ilə müalicəm davam edir.

 Bizə çətin günlərdə böyük dayaq olduqlarına görə, Heydər Əliyev Fonduna öz və ailəmizin adından təşəkkür bildirirəm”, - qeydini yazıb.

Hazırda kimyaterapiya keçən rejissorun fotosunu oxuculara təqdim edirik.

Qaynarinfo.Az