İdman 17:20 11.05.2019

“Qarabağ” azarkeşlərə pulsuz bilet payladı - 35 minlik

"Neftçi”nin "Qarabağ”la bu gün keçirəcəyi matça biletləri 50 manata satması böyük müzakirələrə səbəb olub.
 
Qaynarinfo xəbər verir ki, artıq çempion olan ağdamlıların tərəfdarlarının qiymət artımından sonra stadiona gəlib-gəlməyəcəyi sual altına düşmüşdü. 

Əldə etdiyimiz məlumata görə, "Qarabağ” klubu 700 bilet (35 min manatlıq) alaraq azarkeşlərə hədiyyə edib. Bunu "Qafqazinfo”ya klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib. (Qafqazinfo)