Qarabağ: Böyük Vətən Müharibəsi və psixoloji üstünlük

Qarabağ: Böyük Vətən Müharibəsi və psixoloji üstünlük

Azərbaycan ordusu nəinki Ermənistanın «odda yanmaz, suda batmaz»lığı ətrafında süni yaradılmış mifi, həm də düşmənin Qarabağın müstəqilliyi barədə uzun illərdir xəyalından keçirdiyi arzularını darmadağın etdi, artıq ona psixoloji sarsıntı yaşatmaqdadır…

...2020-ci ilin 27 sentyabrından Azərbaycan torpaqlarının azad edilməsi uğrunda başlanan  Vətən Müharibəsinin uğurla davam etməsi Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox sahələrdə olduğu kimi, psixoloji cəhətdən də üstünlük qazanmasına səbəb olmuşdur. Apardığım müşahidələr göstərir ki, ölkədə bu yoldakı irəliləyiş insanlar arasında həmrəylik və birlik yaradıb. Bu, eyni zamanda insanlar arasında bağlılığı daha da artırmaqla yanaşı, stress hallarını isə azalmasına şərait yaratmışdır. İnsanların bir-birilərinin dərdinə həmrəy olmasını müşahidə edirik. Belə olan hallarda isə düşmən vahid düşmənə çevrilir və nəticədə düşmənə layiqli cavab verilməsində əminlik yaranır, xalqın ordu ilə vahid birliyi ortaya qoyulur.

Son zamanlar ön cəbhədə baş verənlər Azərbaycan xalqının nə qədər həmrəy olduğunu və müxtəlif baxış bucaqlarının necə bir nöqtədə birləşdiyini ortaya qoydu. Bu müharibə eyni zamanda onu göstərir ki, həm özünü, həm də düşmənini tanıyan gücün isə, məğlub olmaq ehtimalı demək olar ki, yoxdur. Elmdə məlumdur ki, düşmənin qarşısını alıb susdurmağın yollarından biri də psixoloji müharibədir ki, onun təsiri və nəticəsi hərbi və fiziki müharibələrdən dəfələrlə yüksəkdir. Ermənistan Baş naziri Nikol Paşiynanın gözləmədiyi halda, ilk gündən ön cəbhədə-döyüş meydanında ordumuzun vurduğu ağır zərbələr ölkədə elə bir psixoloji vəziyyət yaratdı ki, Ermənistan mediası artıq yaranmış gərginldiyi gizlədə bilmədi. Ermənistanı tərk edib qaçmaqdan tutmuş, döyüş meydanını qoyub qaçmaya qədər, başıpozuqluğun yaranması bu ölkənin ordusunun məğlubiyyətinin əsas mənbəyi oldu. Və düşmən hər gün itkilər verir. İş o yerə çatıb ki, məcburən döyüşə göndərilmiş hərbçilər özləri sosial şəbəkələrdə yaranmış acınacaqlı durumu açıb dünyaya göstərməyə məcbur olublar. Mən hələ Paşinyanın qadın batalyonları yaradıb bununla da döyüş meydanından qaçan kişi hərbçilərə psixoloji təsir göstərmək cəhdinin də uğursuz alındığını demirəm. Qocaları, qadınları… döyüşə aparmağa çalışan və psixoloji durumu sarçsılmış bir rəhbərin uduzması isə labüd idi. Bu labüdlüyü isə Azərbaycan ordusunun xalqdan aldığı dəstək idi.

Mövcud olduğu regionun lideri statusunu daşıyan, eləcə də, postsovet məkanının ən güclü dövlətlərindən biri kimi xarakterizə olunan Azərbaycanın mövqeləri beynəlxalq sferada da günü-gündən güclənməkdədir. Bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyətdə indi Azərbaycanın mövqeləri ilə daha çox hesablaşırlar. Ölkəmizin maraq dairəsinə daxil olan məsələlərdə mütləq onun istək və mənafeləri nəzərə alınır, yeni regional düzən siyasətinin müəyyənləşməsində Azərbaycan əsas müəlliflərdən biri kimi çıxış edir. Bu durum Azərbaycanın ən ağrılı problemi kimi dəyərləndirilən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də yeni və ölkəmizin maraqlarına cavab verən mərhələnin başlanmasını şərtləndirməkdədir. Təsəvvür edin, indiyədək ATƏT-in Minsk Qrupunun həbsədr ölkələri, Prezident İlham Əliyevin xalqa müraciətində söylədiyi kimi, otuz ilə yaxındır yalnız vaxtımızı almaqla məşğul olduğunu nə ilə izah etmək olar? Hər dəfə yalan vədlər verilirdi, baş qatırdılar. Lakin Azərbaycanın Qarabağ cəbhəsəindəki döyüş uğurları, informasiya cəbhəsindəki psixoloji üstünlüyü ona gətirib çıxarıb ki, indi həmin dövlətlərin rəhbərləri bir aydır az qala hər gün Azərbaycan Prezidentinə zəng edirlər, atəşkəsin əldə olunmasını xahiş edirlər. Bunlar isə, təbii ki, Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin nüfuz göstəricisidir.

Sirr deyil ki, münaqişənin çözümü istiqamətində artıq Ermənistanı diplomatik məğlubiyyətə uğradan Azərbaycan hərbi müstəvidə də hakim mövqedən çıxış edir və işğalçı ölkənin Dağlıq Qarabağdan, zəbt olunmuş ətraf rayonlardan güc yolu ilə çıxarılmasına tam hazırdır. Biz son bir ayda hərbi üstünlük qazandıq, söhbət tək ərazilərimizin bir qisminin azad edilməsindən getmir, həm də psixoloji üstünlükdən gedir, düşmən ölkə anladı ki, Qarabağı unutmamışıq, vuruşa bilirik, bu günün Azərbaycanı 90-cı illərin vəziyyətində deyil. Müharibə yalnız səngərdə getmir. Bunun ən vacib olan psixoloji aspekti var. Düşünürəm ki, hazırda aparılan döyüşlər bizim orduya həm də psixoloji üstünlük verdi. Ətrafında süni «güclü və məğlubedilməz ölkə» mifi yaradılmış Ermənistan, sən demə Azərbaycan əsgərinin cəsarətində yox olan imiş! Paşinyanın Ermənistanı bir atəşlə sarsıldı. Onların həm canlı qüvvə, həm də texnika sarıdan itkilərinin çox olması da bu mənada təbiidir. Çünki müasir texnologiya ilə idarə olunan döyüşlərin mahiyyəti də bunu deməyə əsas verir. Ermənistandakı daxili ictimai rəyin bütün detalları artıq hamıya bəlli oldu. İş o yerə çatıb ki, Paşinyan xalqa yalvarır, döyüş meydanından qaçmamağı tövsiyyə edir, boğaz çəkir. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin sözləri ilə ifadə etsəm: bəs hanı Cıdır Düzündəki o yallı rəqsi, Şuşanı paytaxt etmək vədləri? Yoxdur, bu xam xəyalların hamısı Azərbaycan ordusunun bir yaylım atəşi ilə göyə sovruldu. Və bununla da Ermənistandakı Qarabağa müstəqillik  arzuları dronlarımızın sərrast raket atəşlərində paramparça olub dağıldı! Ermənistandakı hakimiyyət də, bu hakimiyyətin yalanlarına indiyədək inanmış xalq da, Paşinyana dəstək verən, qızışdırıb üstümüzə göndərən xarici havadarlar da yaxşı anlayır, bunu nə qədər gizlətsələr də, mahiyyət aydındır.

Qeyd etmək lazımdır ki, ədalət prinsipi insanların psixi sağlamlığında böyük rol oynayır. Biz işğala məruz qalan xalq olduğumuzdan daha dayanıqlı, mübariz, qorxmazıq. Azərbaycan xalqı olaraq hər bir vətəndaş mənfur erməni terrorçularına qarşı bir nəfər kimi savaşır. Müharibədə insan faktorunun əsas rol oynadığını nəzərə alsaq, hazırki durumda Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı ordumuzun zəfər çalmasında qeyd etdiyimiz bu vacib faktor mühüm rol oynayır. Düşməni zəbt etdiyi mövqelərdən sürətlə geri çəkilməyə məcbur edən, çoxlu sayda zirehli texnikasını və canlı qüvvəsini sərrast atəşlə məhv edən Azərbaycan Silahlı Qüvvələrinin böyük əzm və rəşadəti xalqımızın hədsiz sevincinə, vətənpərvərlik və milli qürur hissinin alovlanmasına yeni təkan verib. Hər kəs Vətən müharibəsində qalib olacağımıza, qədim şəhərimiz olan Şuşaya bayraq sancacağımıza ürəkdən inanır! Bu inamı bizə yaşadan qüdrətli ordumuza və Ali Baş Komandamıza eşq olsun!

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu, həmrəyliyi!

Qarabağ Azərbaycanındır-Qarabağ Azərbaycandır!

İmdad Bayramov,
BDU-nun dosenti
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR