Azərbaycan çempionu "Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.
"Qafqazinfo” xəbər verir ki, püşkatmadan bir gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb.
Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:
"Valetta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan).
Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkatma mərasimi sabah saat 14:30-da başlayacaq.
Şərhlər