"Qarabağ" Çempionlar Liqasını tərk etdi

"Qarabağ" komandası bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək.

Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Norveçin 'Molde" klubu ilə üz-üzə gələcək. Kiprdəki "AEK Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Oyun püşkün nəticəsinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşməli idi. Lakin Norveç təmsilçisi Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını istəyib. UEFA görüşün Larnaka şəhərində olacağını açıqlayıb.

Ağdam komandası oyuna itki ilə çıxacaq. Zədə üzündən yarımmüdafiəçi Xayme Romeronun matçı buraxacağı gözlənilir. Mahir Emrelinin durumuna isə oyun ərəfəsində aydınlıq gələcək. 

Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

"Qarabağ" "Molde" ilə ilk dəfə üz-üzə gələcəyinə baxmayaraq, daha əvvəl Norveçin digər tanınmış klubu "Rusenborq"la qarşılaşıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 2009-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində səfərdə rəqibi ilə qolsuz heç-heçə edib, Bakıda Rəşad Sadıqovun yeganə qolu ilə qələbə qazanıb - 1:0.

Çempionlar Liqası
IlI təsnifat mərhələsi
16 sentyabr

21.00 Qarabağ (Azərbaycan) - Molde (Norveç) 0:0
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 19. Filip Ozobiç, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
Molde: 1. Andeas Linde, 6. Stien Qreqersen, 11. Martin Ellingsen, 20. Henri Vinqo, 28. Kristoffer Haugen, 16. Etzaz Hussain, 17. Fredrik Aursnes, 14. Erlinq Knudtzon, 7. Maqnus Eykrem, 19. Erik Hestad, 10. Leke Ceyms
Ehtiyat oyunçular: 12. Alexandro Kraninks, 5. Şeriff Sinyan, 15. Tobias Kristensen, 22. Ola Brünhildsen, 27. Markus Pedersen, 30. Mathis Bolli, 99. Ohi Omoyjuanfo
Baş məşqçi: Erlinq Moe
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya).
Larnaka (Kipr). "AEK Arena”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR