"Qarabağ qaziləri” ictimai birliyinin ümumi yığıncağı keçirilib.
Qaynarinfo xəbər verir ki, ümumi yığıncaqda "Qarabağ qaziləri” ictimai birliyinin idarə heyəti (Asəf Əliyev, Firidun Məmmədov, Bəhruz Camalov, Rey Kərimoğlu, Şamil Əbilov) və nəzarət təftiş komissiyasının üzvləri (Mirsahib Alıyev, Kavı Lələyev, Rafiq Kərimov) seçilib.
İştirakçıların yekdil səsverməsi ilə 2-ci qrup Qarabağ qazisi Asəf Kərim oğlu Əliyev "Qarabağ qaziləri” ictimai birliyinin sədri seçilib.
Ümumi yığıncaq adından, bir neçə məsələ ilə bağlı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Xatırladaq ki, birliyin əvvəlki sədri Etimad Əsədov 2018-ci il oktyabrın 16-da vəfat edib.
Qeyd edək ki, yeni sədr Asəf Əliyev 1965-cü ildə Ağdam rayonunun Paprəvənd kəndində anadan olub.
1983-85 - ci illərdə Sovet Ordusu sıralarında Monqolustanda Xalq Respublikasında hərbi xidmətdə olub.
1990-1994 - cü illərdə Qarabağda erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib. Əsasən Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevin batalyonunda düşmənə qarşı döyüşüb. Ağdərə istiqamətində aparılan döyüşlərdə müxtəlif vaxtlarda üç dəfə yaralanıb, 2-ci qrup Qarabağ əlilildir.
1992-ci ildə yaradılan Qarabağ Əlillər Cəmiyyətinin idarə heyətinin üzvü olub, 2001-ci ildən yaradılan "Qarabağ qaziləri” ictimai birliyinin idarə heyətinin üzvüdür.
Ali təhsillidir.
Ailəlidir, iki övladı var.
Şərhlər