Ölkə 15:46 02.12.2019

Qarabağda atışma: bir erməni əsgəri öldü, biri yaralandı

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində erməni hərbçi ölüb.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu məlumatı qondarma rejimin "müdafiə nazirliyi” yayıb.

Hərbçinin hərbi hissələrdən birində həlak olduğu, bir hərbçinin də yaralandığı vurğulanıb.

Ölən hərbçinin 1998-ci il təvəllüdlü Artur Acamyan, digərinin isə 1999-cu il təvəllüdlü David Melikbekyan olduğu bildirilib.