Ölkə 19:51 23.04.2021

Qarabağda daha 5 erməni cəsədi tapıldı

Qarabağ ərazisində tapılan daha 5 erməni hərbçinin  meyitinin qalıqları Ermənistana aparılıb.

Qaynarinfo xəbər verir ki, cəsədlərdən 2-si Hadrut ərazisində aşkarlanıb.

3 nəfərin cəsəd qalığı isə Azərbaycan tərəfi tərəfindən Ağdərə istiqamətində ermənilərə təhvil verilib.

Ümumilikdə, Qarabağda axtarış işləri başlayandan bəri 1551 erməni cəsədi tapılıb.