Siyasət 14:52 25.11.2020

Qarabağda sülhməramlıların sayı artırılıb? (AÇIQLAMA)

Rəsmi Moskva Dağlıq Qarabağdakı sülhməramlıların sayının artırılması ilə bağlı xəbərləri təkzib edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Vladimir Putinin sözcüsü bildirib ki, sülhməramlıların və orada yaradılan humanitar mərkəzin işlərini qarışdırmamaq vacibdir:

"Dağlıq Qarabağdakı sülhməramlı missiyanın genişləndirilməsi ilə bağlı təəssüratlar yanlışdır. Xeyr, bu səhv bir təəssüratdır. Bir tərəfdən, onları bir-birindən tamamilə ayırmağa ehtiyac yoxdur, ancaq münaqişə tərəflərinin təmas xəttində dayanan hərbi sülhməramlılarımızın missiyasını bir humanitar mərkəzlə - orada açılan və fəaliyyət göstərən ortaq bir humanitar mərkəzlə qarışdırmağa ehtiyac yoxdur".

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.