Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, final oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda "Sabah" sevinən tərəf olub. Bu, Bakı təmsilçisinin ilk kuboku olub və Avropa Liqasına vəsiqə qazanıb.
Görüşdə hesab 36-cı dəqiqədə açılıb. Bakı klubunun heyətində Pavol Şafranko penaltini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Ağdam təmsilçisinin oyunçusu Toral Bayramov 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Əvəzində 45+1-ci dəqiqədə onun komanda yoldaşı Kadi Borges hesabı bərabərləşdirib.
57-ci dəqiqədə Şafranko da penaltini boşa verib. 67-ci dəqiqədə "bayquşlar"ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub. Paytaxt klubundan Kahim Parris 90+6-cı dəqiqədə fərqlənərək tarazlığı bərpa edib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. 119-cu dəqiqədə "Sabah"ın futbolçusu Tellur Mütəllimov qələbə qolunu vurub.
Azərbaycan Kuboku
Final
31 may
19.00 Qarabağ - Sabah 2:3
Qollar: Kadi Borges, 45+2.Con İrasabal, 68 (avtoqol) - Pavel Safranko, 36-pen. Kahim Parris, 90+7. Tellur Mütəllimov, 119.
İstifadə olunmayan penalti: Toral Bayramov, 42.
Qarabağ: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 92. Stas Pokatilov 9. Anatoli Nuriyev 8. Ayaz Quliyev 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 4. Sofian Çakla 18. Pavol Safranko (k) 40. İqor Noqeyra 70. Cesse Sekidika 3. Con İrasabal 13. İvan Lepiniça.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 10. Namik Ələskərov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 32. Elgün Dünyamalıyev 7. Boyan Letiç 20. Coy Lens Mikels 11. Kahim Parris 12. Vinsent Til 99. Neqoş Kupusoviç 33. Umarali Raxmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Fərid Hacıyev.
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Şərhlər