Xəbər lenti

16 yaşlı Murad Bundesliqada oynayacaq (FOTO)
Foto 21:56 31.05.2025

16 yaşlı Murad Bundesliqada oynayacaq (FOTO)

Azərbaycanlı yeniyetmə futbolçu Murad Həmidov Almaniya Bundesliqasının "SV Elversberg” klubu ilə anlaşıb.

Bu barədə M.Həmidov "Qafqazinfo”ya özü məlumat verib.

16 yaşlı həmyerlimiz deyir ki, futbola kiçik yaşlarından böyük marağı olub:

"Almaniyaya gələndə ilk məqsədim Bundesliqada oynamaq idi. Çünki bu səviyyəyə çatmaq mənim üçün həm böyük hədəf, həm də məsuliyyət idi. Buraya 14 yaşımda tək gəlmişəm və cəmi bir il yarıma ən yüksək səviyyəyə – U17 Bundesliqaya çatdım”.

Yeniyetmə futbolçu düşünür ki, "SV Elversberg” onun karyerası üçün mühüm rol oynayacaq:

"Klubun məni seçməsi çox önəmlidir. Burada daha çox təcrübə qazanmaq öz üzərimdə işləmək və gələcəkdə daha yüksək səviyyələrə çatmaq istəyirəm. Hədəfim U17-Bundesliqaya damğa vurmaqdır. Bu səviyyəyə çatmaq heç də asan olmayıb bəzən hər gün 5-6 saat məşqlərə gedirdim yorulsam da, dayanmırdım. Bilirdim ki, zəhmətimin qarşılığını bir gün mütləq alacağam”.

O, çıxdığı yolda özünü dəstəkləyənləri də unutmur. Hədəfi isə ölkəmizi Avropada layiqincə təmsil etməkdir:

"Ailəm mənim ən böyük dayağım olub. Onlar həmişə mənə dəstək veriblər. Onlarsız bu yerə gəlmək çox çətin olardı. İstəyirəm ki Azərbaycanı xaricdə ən yaxşı şəkildə təmsil edim. Peşəkar futbolçu olum, Avropanın güclü komandalarında oynayım və bir gün Azərbaycan milli komandasının formasını geyinim. Bunun üçün əlimdən gələni edirəm”.

Qeyd edək ki, U17 Bundesliqa Almaniyada bu yaş qrupu üzrə ən yüksək liqadır. Burada yalnız seçilmiş ən güclü 20-30 komanda oynayır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->