Misli Premyer Liqasının V turunda "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə edib.
Qaynarinfo-nun məlumatına görə, "SOCAR Polymer Arena"da baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində 25-ci dəqiqədə Jeam Oliveyra fərqlənib. "Şamaxı"dan isə Edqar Adilxanov 54-cü dəqiqədə rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Sumqayıt" 1 xalla 11-ci pillədə qərarlaşıb. 6 xala malik "Şamaxı" isə 7-ci yerdədir.
Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" isə "Qəbələ"ni məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.
Şərhlər