XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan futbolunda yay transfer pəncərəsinin ən bahalı keçidləri
İdman16:00 11.09.2026

Azərbaycan futbolunda yay transfer pəncərəsinin ən bahalı keçidləri

Azərbaycan futbolunda 2026/2027-ci illər mövsümü üçün yay transfer pəncərəsi sentyabrın 10-u saat 23:59-da bağlanıb.

Qaynarinfo xəbər verir ki, AZƏRTAC “Transfermarkt” portalına əsasən, yerli klubların ən bahalı satışlarını və transferlərini təqdim edir:

Ən bahalı satışlar

1. Kamilo Duran – “Qarabağ”dan “Seltik”ə – 5,5 milyon avro

2. Leandro Andrade – “Qarabağ”dan “Pelessye”yə – 3 milyon avro

3. Aaron Maluda – “Sabah”dan “Bazel”ə – 2,7 milyon avro

Ən bahalı transferlər

1. Taofik İsmail – “Qurnik”dən “Qarabağ”a – 1 milyon avro

Reda Xadra – “Reyms”dən “Qarabağ”a – 1 milyon avro

Bens Varkonyi – “Zalaeqerseq”dən “Qarabağ”a – 1 milyon avro

Cebrail Makreçkis – “Ferensvaroş”dan “Qarabağ”a – 1 milyon avro

2. Freddi Varqas – “Makkabi Netanya”dan “Neftçi”yə – 900 min avro

Alen Şkribek – “Zalaeqerseq”dən “Neftçi”yə – 900 min avro

3. Renaldo Sefas – “Pari NN”dən “Qarabağ”a – 880 min avro

Yay transfer pəncərəsində Azərbaycan Premyer Liqası klubları ümumilikdə 160 futbolçu ilə yollarını ayırıb. Bu keçidlərdən klubların əldə etdiyi ümumi gəlir 13,640 milyon avro təşkil edib.

Eyni dövrdə Premyer Liqa təmsilçiləri heyətlərinə 167 futbolçu cəlb ediblər. Bu transferlərə ümumilikdə 11,760 milyon avro xərclənib.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasındakı futbolçuların ümumi bazar dəyəri 110 milyon avrodan yuxarıdır.