XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Portuqaliya çobanların Avropa İttifaqı büdcəsindən maliyyələşməsini istəyir
Dünya13:48 12.09.2026

Portuqaliya çobanların Avropa İttifaqı büdcəsindən maliyyələşməsini istəyir

Portuqaliyada meşə yanğınları riskinin yüksək olduğu ərazilərdə keçi, inək və qoyun otaran çobanların fəaliyyətinin Avropa İttifaqının büdcəsindən maliyyələşdirilməsi təklif olunub. Bu çağırışla Portuqaliyanın kənd təsərrüfatı naziri Joze Manuel Fernandeş çıxış edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Portuqaliya və İspaniyanın bəzi bölgələri artıq bu istiqamətdə öz proqramlarını həyata keçirir. Fernandeş bildirib ki, ölkə bunun üçün milli vəsaitlərdən istifadə edir, lakin "bu işi bütün Aİ-nin mənafeyi naminə həyata keçirir".

Nazirin sözlərinə görə, Avropa İttifaqının Vahid kənd təsərrüfatı siyasəti çərçivəsində ayrılan vəsaitlərin 42 faizi ekoloji məqsədlərə yönəldilir və fermerlər bu prosesdə mühüm rol oynayırlar.

Siyasətçi heyvanların otarılmasının maliyyələşdirilməsini Aİ-nin istixana qazı emissiyalarını azaltmaq məqsədilə istifadə etdiyi emissiya kvotalarının ticarətindən əldə olunan vəsait hesabına həyata keçirməyi təklif edib.

Aydın