Dünya 19:46 21.10.2018

Qaşıqçının ölümü ilə bağlı yeni iddia

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğundan öldürülən Camal Qaşıqçının meyitinin binadan çıxarıldıqdan sonra yox edilməsi üçün bir türk vətəndaşına verildiyi iddia edilir.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistin cəsədinin hər hansısa bir yerə basdırılmadığı bildirilir.

Türkiyə polisi tərəfindən cəsədi yox etmək üçün alan şəxsin axtarışlarına başlanıldığı qeyd olunur.