Foto 13:29 26.11.2021

"Qazilər" təşkilatı təltifetmə mərasimi keçirdi (FOTOLAR)

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri hər zaman "Qazilər" Vətən Müharibəsi İştirakçılarına və Ailələrinə Sosial Dəstək İB-i tərəfindən də diqqət mərkəzində saxlanılır.  

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı 21 Noyabr tarixində Park İNN hotelində şəhid ailələri və qazilərlə təqdimetmə və mükafatlandırma tədbiri keçirilib. Cəmiyyət qazilərin sosial haqlarının qorunması, əlilliklərinin təyin olunmasında dəstək olduğlarını bildirib.

Tədbirdə  şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğlarını diqqətə çatdırıblar.

Sonra şəhid anaları, ail üzvləri və qazilərimiz fəxri fərmanla təltif olunublar.

Tədbirin sonunda "Qazilər" Vətən Müharibəsi İştirakçılarına və Ailələrinə Sosial Dəstək İB tədbirdə iştirak edən xeyriyyəçilərə, media nümayəndələrinə, ən başda isə şəhid ailələrinə və qazilərə təşəkkürlərini çatdırıb.