Ölkə 19:04 20.07.2019

Qəbul imtahanlarında 400 bal toplayanlar kimlərdir? (SİYAHI)

2019-cu ildə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.

19 mayda II və III ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının nəticələri açıqlanıb.

Nəticələrə əsasən, cari ildə heç bir abituriyent 700 bal toplaya bilməyib.

Lakin ixtisas qrupları üzrə keçirilən imtahanda (blok imtahanı) ümumilikdə 11 abituriyent maksimal nəticə göstərərək 400 bal toplayıb.

Qaynarinfo azedu.az-a istinadən yaz və yay qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 400 bal toplayan abituriyentlərin tam siyahısını təqdim edir:

Yaz qəbul imtahanları:

I ixtisas qrupu:

Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu Tofiq Müxtəsənov.

Yay qəbul imtahanları:

I ixtisas qrupu:

Bakı şəhər 61 saylı orta məktəbin rus bölməsi üzrə məzunu Samirə Mahmudova;

Zaqatala rayon 3 saylı tam orta məktəbin məzunu Fazil Səfərov;

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Sevər Cəfərli;

Mingəçevir şəhər 8 saylı tam orta məktəbin məzunu Aysel Seyidova;

İmişli şəhər 1 saylı məktəb-liseyin məzunu Turqut Ağaşov ;

Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunu Mirkazım Ağayev;

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Elza Qurbanova.

III ixtisas qrupu:

Bakı şəhəri 192 nömrəli tam orta məktəbin məzunu Səbinə Zülfiyeva.

IV ixtisas qrupu:

Bərdə rayonu 5 saylı şəhər orta məktəbinin məzunu Təhmin Muradov;

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Rüstəm Həsrətov.

Qeyd edək ki, 2019-cu ildə II ixtisas qrupu üzrə imtahanda iştirak edən heç bir abituriyent 400 ballıq nəticə göstərə bilməyib.