Dünya 16:17 09.03.2018

Qəddafinin 10 milyardından xəbər yoxdur

Liviyanın sabiq lideri Müammər Qəddafinin Belçikada dondurulmuş hesablarından 10 milyard avro itib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Liviyaya bağlı 4 hesabda olan 16 milyard avroluq pulun sadəcə 5 milyard avro ətrafında bir rəqəmin qaldığı bildirilir. Bu hesablar 2011-ci ildə dondurulmuşdu.

İtmiş 10 milyard dollarla bağlı hüquqi prosesə start verilib.

Qeyd edək ki, Qəddafi 2011-ci ildə üsyançılar tərəfindən öldürülüb. Həmin il BMT-nin sanksiya qərarından sonra bu ölkəyə aid 60 milyard dollar dondurulmuşdu.

Gülşən