Xəbər lenti

Qədim Çin sivilizasiyasının məhv olmasının sirri açıldı
Dünya 18:05 15.02.2026

Qədim Çin sivilizasiyasının məhv olmasının sirri açıldı

Çin dünyada ən qədim davam edən mədəniyyətlərdən biridir, bəzən isə ən qədimi sayılır. Buradakı davamlı mədəni ənənələr minilliklərə uzanır və Çin tarixini çox dərin illərə qədər izləməyə imkan verir. Bununla belə, burada da cavabsız sirrlər mövcuddur.

Qaynarinfo-nun məlumatına görə, uzun müddət alimlər başa düşə bilmirdilər ki, niyə Şiczyahe mədəniyyəti – müasir Çin sivilizasiyasının əcdadlarından biri – yox olub. Lakin "National Science Review" jurnalında dərc edilmiş yeni araşdırma bu suala inandırıcı cavab təqdim edir.

Şiczyahe mədəniyyəti 4600–4200 il əvvəl Yanqtze çayının orta axarında inkişaf etmişdi. Bu, iri yaşayış məntəqələri olan neolitik icma idi; insanlar burada kənd təsərrüfatı ilə məşğul olur, keramika düzəldir və müdafiə qurğuları inşa edirdilər. Dövrünə görə bu, yüksək texniki, iqtisadi və sosial inkişaf səviyyəsinə malik qabaqcıl bir cəmiyyət idi. Lakin birdən-birə hər şey yox olub: şəhərlər boşalıb, əhali digər bölgələrə köçüb. Uzun müddət alimlər düşünürdülər ki, quraqlıq və ya qonşuların işğalı səbəb olub.

Yeni tapıntı mərkəzi Çindəki mağara formalarına – stalaktitlərə və stalagmitlərə əsaslanır. Bu təbii "arxivlər” keçmiş iqlim haqqında məlumat saxlayır - ağac illəri kimi. Analiz göstərib ki, uzun quraqlıqdan sonra əsrlərlə davam edən ekstremal yağışlar dövrü başlayıb. Yağışlar o qədər güclü olu. ki, çaylar daşıb, göllər geniş ərazilərə yayılıb və alçaq sahələr bataqlıqlara çevrilib. Bu isə bölgəni yaşayış və təsərrüfat üçün yararsız edib.

Sel nəticəsində yaşayış məntəqələrinin sayı kəskin və əhali azalıb, Şiczyahe mədəniyyəti tənəzzül edib. İnsanlar daha quru ərazilərə köçməyə məcbur olub. Tədqiqatçılar iqlim məlumatlarını arxeoloji tapıntılarla müqayisə edərək təsdiqləyiblər: bu sivilizasiyanı məhv edən quraqlıq deyil, həddindən artıq yağışlar olub.

Aydın
--> -->