Dünya 21:00 11.08.2019

Qərbi Azərbaycanda silahlı toqquşma: İki əsgəri qətlə yetirildi

İranın Qərbi Azərbaycan vilayətindəki Maku şəhəri yaxınlığında terrorçularla İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri arasında silahlı toqquşma baş verib.

Qaynarinfo xəbər verir ki, toqquşma nəticəsində iki əsgər həlak olub, biri ağır yaralanıb. Əsgərlər 200-dən artıq silahın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını ala biliblər.