Birləşmiş Ərəb Əmirliklərinin Ümumi Təhlükəsizlik müdiri Dahi Xalfan Təmim Qətər böhranının həlli üçün növbəti təkliflə çıxış edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Təmim böhranın sonlanması üçün Qətərin 2022-ci il Dünya Çempionatına ev sahibliyi etməkdən imtina etməli olduğunu deyib. "Əgər DÇ 2022 Qətər xaricində baş tutarsa, böhran da sonlanar" fikrini səsləndirən Dahi Xalfan Təmimin bu mövqeyi böhranın DÇ ilə əlaqəsi barədə dilə gətirilən ilk bəyanat oldu.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn 5 iyundan etibarən Qətərə sanskiya tətbiq edir və səbəb kimi bu ölkənin terrorizmə dəstək verməsi əsas götürülür.
Gülşən
Qaynarinfo.Az
Şərhlər