ABŞ-da Missuri ştatında qanunsuz ovçuluq fəaliyyətinə görə həbs olunan şəxsə qeyri-qadi cəza verilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, avqust ayında tutulan Devid Berri Cr. 1 il müddətinə azadlıqdan məhrum edilib. Maraqlısı isə budur o, həbsdə olduğu müddətdə hər ay "Disney"in klassik cizgi filmlərindən olan "Bambi"ni izləyəcək.
Cizgi filmi anası ovçular tərəfindən öldürülmüş "Bambi" adlı ceyran balasının həyatından bəhs edir.
Berri həmçinin qanunsuz olaraq yüzlərlə ceyran ovladığı üçün ovçuluq lisenziyasından da ömürlük məhrum edilib.
Şərhlər