Qırğızıstanın Ali Məhkəməsi "qanuni oğru” Əziz Batukaevin sərbəst buraxılmasına qərar veridiyi üçün ölkənin keçmiş prezidenti Almazbek Atambaevə qarşı çıxarılmış hökmü ləğv edib.
Qaynarinfo xəbər verir ki, Atambayev 11 il iki ay həbs cəzasına məhkum edilmişdi. Artıq iddia yenidən baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, Atambayev 6 oktyabrda Qırğısıtanda baş vermiş son çaxnaşmalar zamanı etirazçılar tərəfindən sərbəst buraxılmış, lakin 10 oktyabrda Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları tərəfindən - kütləvi iğtişaşlar təşkil etmək ittihamı ilə yenidən saxlanılmışdı.
Alpər
Şərhlər