Ölkə 15:21 01.06.2020

Qırğızıstan sərhədində özbəklərlə yeni atışma baş verdi – 25 yaralı

Təbii sərvətlər uğrunda mübahisə üzündən Qırğızıstan və Özbəkistan sərhədində atışmalar yaranıb. Bu dəfə sakinlər su üzündən bir-biriylə toqquşublar. Özbəkistanın Sox anklavı yaxınlığındakı sərhəd toqquşmalarında 25 nəfər yaralanıb. Onlardan ikisi reanimasiyadadır.

Qaynarinfo-nun RİA Novosti-yə istinadla verdiyi məlumata görə, yaralıların hamısı Qırğızıstan sakinləridir. "Sputnik Qırğızıstan” yazır ki, qırğızların Çeçme və Özbək Çaşma kəndlərinin sakinləri bir-birinə daş atıblar.

Xatırladaq ki, bundan əvvəl Qırğızıstan sərhədçiləri Tacikistan tərəfdən atəşə tutulmuşdular. Bu qarşıdurmaya qarşı tərəfdəki torpaq sahəsinin mülkiyyəti barədə mübahisə edən yerli sakinlər səbəb olmuşdu.
 
Alpər