Sənət 18:22 23.02.2022

Qızı Kamil Cəlilovun II Fəxri Xiyabanda dəfn edilməsindən danışdı

"Prezident İlham Əliyevə ailəmiz adından təşəkkür edirik”. 

Bunu Qaynarinfo-ya açıqlamasında mərhum Xalq artisti Kamil Cəlilovun qızı Gülşən Cəlilova deyib. Gülşən Cəlilova sənətkarın bir göz qırpımında dünyasını dəyişdiyini vurğulayıb:

"Prezident Moskvada səfərdədir, bu qədər gərgin işlərə, görüşlərə baxmayaraq, Kamil Cəlilov sənətini diqqətə alıb, onun II Fəxri Xiyabanda dəfn olunması ilə bağlı tapşırıq verib. Atam bir dəqiqənin içində dünyasını dəyişib, sağlam idi, heç bir xəstəliyi yox idi, hər hansı bir yeri ağrımırdı. Qəfildən oturduğu yerdəcə keçindi. Su çərşənbəsi idi, bütün balaları başında, yeyib-içib bayram keçirmişik. Saat 22:30-da halı pisləşdi, elə həmin anda da keçindi. Heç kimin ağlına gəlməzdi ki, atam iki saatdan sonra olmayacaq, dünyasını dəyişəcək. Heç vəsiyyətini də bilmədik. Xəstə-zad olsaydı, yenə də vəsiyyət edərdi. Qəfil ölüm buna deyirlər”.

Qeyd edək ki, bu gün Xalq artisti Kamil Cəlilov 84 yaşında dünyasını dəyişib. 

Bahar Rüstəmli