Foto 16:36 17.04.2018

Qızılı rəng iPhone X satışa çıxarılacaq (FOTOLAR)

"Apple" şirkəti iPhone X modelinin yeni rəngini satışa çıxarmağa hazırlaşır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, telefon şirkət tərəfindən təqdim edilməsə də, məlumat artıq internetdə yayılmağa başlayıb. Qızılı rəngli iPhone X-in çərçivəsi iPhone 8-dən fərqli olaraq ağ yox, qara rəngdə olacaq. Məlumat yayılandan sonra "Apple" bu informasiyanın doğruluğunu təsdiq edib.

Qeyd edək ki, şirkət ötən günlərdə iPhone 8 və iPhone 8 Plus modellərinin qırmızı rəngini təqdim etmişdi.

Gülşən