Ekonomiks 18:35 21.02.2020

Qlobal ticarətdə 5 trilyon dollarlıq koronavirus narahatlığı

Çinin yeni növ koronavirusla mübarizə apardığı bir dövrdə epidemiyanın qlobal iqtisadiyyat üçün yaradacağı təxribat da narahatlıq doğurur. 

Qaynarinfo xəbər verir ki, ABŞ-dan sonra 13,6 trilyon dollarlıq ümumdaxili məhsullar dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Çinin yaşadığı problemlər ticarət, investisiya və istehal üzərindən bütün dünyaya təsir edir. Virusun iqtisadi təsirləri epidemiyadan daha sürətli şəkildə yayılır.

Dünya bankının məlumatlarına görə, 2018-ci ildə mal və xidmət ixracı təxminən 2,7, idxalı isə 2,6 trilyon dollar olan Çin dünyada ən çox ixrac edən ölkələr arasında birinci, idxalda isə ikinci yerdə qərarlaşıb. Ölkənin belə böyük miqyaslı təhlükə ilə qarşı-qarşıya olması qlobal iqtisadi böyümə üçün ciddi təhdid ifadə edir.

Aralarında balıq, göy, duz, kimyəvi məhsullar, plastik, kauçuk, tekstil məhsulları, ayaqqabı, dəmir-polad, alüminium, musiqi alətləri, elektronika əşyaları və oyuncaqların olduğu 50 növ məhsul ixracında lider olan Çindən tədarükün olmayacağı təqdirdə sözügedən malların haradan alına biləcəyi də mübahisə doğurur.

Qlobal iqtisadi inkişafda böyük rol oynayan Çinin bu il həmin performansı göstərə bilməyəcəyi proqnozlaşdırılır.

İlin birinci rübündə istehlak üzərində yaratdığı təzyiq səbəbindən Çinin 2020-ci ildə böyümə faizini 5,8 faizdən 5,2 faizə endirən Moody`s eynəlxalq kredit reytinqi agentliyi epidemiyanın bütün Asiya-Sakit Okean bölgəsində iqtisadi böyüməni yavaşladacağı barədə xəbərdarlıq edib.

Beynəlxalq Valyuta Fondu isə virus səbəbindən ortamüddətli qlobal iqtisadi artımın tarixi ortalamaların altında qalacağını proqnozlaşdırır.
 
Camal