Ölkə 15:43 03.02.2019

Qobustanda yollar buz bağladı: Köməyə FHN çatdı

Qarlı və şaxtalı hava şəraitində yolların buz  bağlaması səbəbindən "Nissan” markalı minik avtomobilində olan 4 nəfər Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalıb.

Qaynarinfo FHN-ə saytına istinadən xəbər verir ki, aidiyyəti dövlət qurumları məlumatlandırılmış, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əraziyə cəlb olunması üçün qərar qəbul olunub. Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıb. 

Əməliyyat uğurla başa çatıb.