Qoşulmama Hərəkatı və Azərbaycan: Qarşılıqlı faydalar, gələcək fəaliyyət

Qoşulmama Hərəkatı və Azərbaycan: Qarşılıqlı faydalar, gələcək fəaliyyət

"Azərbaycan qısa zamanda öz təsirli rolu sayəsində Qoşulmama Hərəkatı daxilində fərqlənməyi bacarıb. Məhz Azərbaycanın quruma üzvlüyü və orada sədrlik etməsi dövründə Qoşulmama Hərəkatı öz fəaliyyətində kifayət qədər səmərəli nəticələrə nail olub. Bu baxımdan Bakının qurumda xüsusi yeri və rolu təşkilata üzv dövlətlər tərəfindən qəbul olunur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Qoşulmama Hərəkatının 60 illik yubileyi ərəfəsində Azərbaycanın qurumdakı fəaliyyəti və sədrliyinin təşkilatın fəaliyyətinə təsirini dəyərləndirərkən deyib:

"Qoşulmama Hərəkatı ölkəmiz üçün o baxımdan önəmli oldu ki, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsi dövründə Bakı özünün ədalətli mövqeyini daima bu qurumda sərgilədi və ora üzv ölkələrə öz haqlı mövqeyini qəbul etdirdi. Qoşulmama Hərəkatında Azərbaycanın təsirli rolu özünü həm də onda göstərdi ki, 2012-2013-cü illər üçün Bakı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən zaman ölkəmizə ən çox dəstək verən dövlətlər də məhz bu quruma üzv olan ölkələr oldu. Bunun özü də sözügedən qurumda Azərbaycanın böyük nüfuz sahibi olduğuna işarədir. Bütün dünya yaxşı bilir ki, Azərbaycan bütövlükdə beynəlxalq təhlükəsizlik və sülhün təmin olunması istiqamətində fədakarcasına fəaliyyət göstərən dövlətdir”. 
 
 

Deputat qeyd edir ki, Hərəkatın istinad etdiyi Bandun prinsiplərinə Bakı bütün dövrlərdə öz xarici siyasətini həyata keçirən zaman riayət edib: 

"Bu prinsiplərin əsasında başqa ölkələrin daxili işlərinə qarışmamaq, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşmaq, hərəkatın dünya səviyyəsində tərəfdarlarının sayının artırılmasına nail olmaq dayanır. Azərbaycan hər zaman məhz bu prinsiplərə uyğun olaraq mövqe sərgiləyib, praktiki addımlar atıb. Xüsusən də pandemiya dövründə Azərbaycan Prezidenti İlham Əliyev bəşəriyyəti təhlükə qarşısında qoyan COVİD-19-a qarşı daha effektiv mübarizəni artırmaq üçün çox vacib təşəbbüslərlə çıxış edib. Bu istiqamətdə Bakının təşəbbüsü ilə hərəkatın bir sıra toplantıları da keçirildi”. 

E. Mirbəşiroğlunun fikrincə, məzh Bakının oynadığı mühüm rolun nəticəsidir ki, hərəkata üzv dövlətlər Azərbaycanın daha bir il müddətinə quruma sədrlik etməsini istəyiblər: 

"Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın fəaliyyəti və sədrliyi dövründə Qoşulmama Hərəkatı fəaliyyət prinsiplərinə uyğun olmaqla daha dəqiq şəkildə səmərəli fəaliyyət göstərməyi bacarıb. Məhz Bakının Qoşulmama Hərəkatında oynadığı mühüm rolun nəticəsidir ki, quruma üzv ölkələr Azərbaycanın daha bir il müddətinə təşkilata sədrlik etməsini xahiş ediblər. Təbii ki, Bakı da bu təklifi qəbul edib”.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X