Xəbər lenti

Qrip olmamağınız üçün bu qidalardan istifadə edin
Sağlamlıq 19:38 30.09.2017

Qrip olmamağınız üçün bu qidalardan istifadə edin

Türkiyəli dietoloq Vildan Kabataş qışda immuniteti gücləndirib xəstəliklərdən qoruyan qidaların siyahısını açıqlayıb.

"Qaynarinfo" metbuat.az-a istinadən həmin siyahını təqdim edir:

Cəfəri: C vitamini və dəmir anbarıdır. Böyrəkləri təmizləyir və qan şəkərini nizamlayır.

İspanaq: İmmunitet sistemini gücləndirən ispanaq dəmir baxımından zəngindir. Beta-karotin ehtiva etdiyi üçün yaşla birlikdə ortaya çıxan göz xəstəliklərinə qarşı da təsirlidir.

Kələm: Tərkibi qocalmağın qarşısını alan minerallar, xüsusən də natriumla zəngindir. Mədə və qida borusu xərçəngi təhlükəsini azaldır. Kələm növlərində olan U vitamini, mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Dəri sağlamlığı üçün faydalıdır.

Brüssel kələmi: Az bişirilməsi və ya çiy istehlak edilməsi daha məqsədəuyğundur. İmmunitet sistemini gücləndirir. Lif, A, C vitaminləri və fol dəri sağlamlığı üçün də faydalıdır.

Balqabaq: Balqabaq zəngin lif, A vitamini, fosfor və kalsiumdan ibarətdir. Lifli yeməklər bağırsaq xərçənginin yaranmasının qarşısını alır.

Soğan-sarımsaq: İmmunitet sistemini gücləndirməkdə olduqca təsirlidir.

Naringi: Zəngin C vitamini xüsusilə qış aylarında xəstəliklərdən müdafiə edir.

Portağal: C vitamini və fol turşusu qaynağı olan portağal immunitet sistemini gücləndirir və qan azlığına yaxşı təsir edir.

Qreyfrut: C Vitamini baxımından zəngin olan qreyfrut immunitet sistemi üçün olduqca yararlıdır.

Armud: A, B1, B2, B3, B6 və C vitaminləri ilə zəngindir. Qabıqlı olaraq istehlak edilməsi bağırsaq sağlamlığı üçün çox faydalıdır.

Razyana: Tərkibində uçucu yağlar olduğu üçün qaynatmaq olmaz, isti suda dəmləmə şəklində saxlayıb içilməlidir. Razyana kalsium, kalium kimi minerallarla yanaşı, B vitamini ilə zəngindir. O, bədən müqavimətini artırır, nizamlı istifadə edildikdə xolesterini aşağı salır.

Sarıkök: Sarıkök antioksidant mənbəyidir. İltihabönləyici xüsusiyyətə malik olan sarıkök immuniteti güncləndirir. Eyni zamanda mədə pozğunluğunun qarşısını alır.

Kəvər: C, K və B vitamini anbarıdır. Bundan başqa, kalium, kalsium, silisium, maqnezium, kükürd, mis baxımından olduqca zəngindir. Eyni zamanda bağırsaqların işini yaxşılaşdıraraq qəbizlik problemini aradan qaldırır.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->