Xəbər lenti

Foto 23:25 15.04.2019

Quba-Xınalıq yolundan istifadə edənlərin diqqətinə!

Quba-İspik-Xınalıq avtomobil yolunda sürüşmə aktivliyini qoruyur. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sahə rəisi Bilal Sultanov Oxu.Az-a açıqlamasında bildirib ki, mütamadi olaraq yola qaya parçaları düşür.

"Xüsusən Xınalığa turist qismində gələnlər yol hərəkəti qaydalarına diqqət etməlidir. Zərurət olmadığı müddətdə  bu istiqamətdə hərəkət etmək tövsiyyə edilmir. 

2 gün öncə ərazidə "Mercedes” markalı avtomobilin dərəyə aşması da ehtiyatsızlıqla əlaqələndirilir. Sabahdan etibarən hava şəraitinin yağmurlu keçməsi sürüşmə sahələrində aktivliyi daha da artıracaq”.

2020-ci ildə isə Xınalığa getmək istəyənlər üçün yeni yolun istifadəyə verilməsi də planlaşdırılır.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->