Ölkə 11:32 24.10.2020

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.