Qubanın yeni təyin edilən icra başçısı Ziyəddin Əliyevin bioqrafiyası barədə Rayon İcra Hakimiyyətinin rəsmi saytına heç bir məlumat yerləşdirilməyib.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, Yaşar Məmmədovun yerinə təyinat alan Z.Əliyev prezident tərəfindən "Əməkdar mühəndis" adı ilə təltif edilib.
Amma onun əvvəlki iş yeri olan Azəravtoyol ASC-də hansı vəzifəni daşıdığı haqda da heç bir informasiya yoxdur.
Yalnız internet resurslarında axtarış apararkən 2013-cü ildə "Respublika" qəzetində çap olunmuş məqalədə məlum olur ki, həmin ilin fevralında Z.Əliyev "Azəryolservis” ASC 81 saylı Yol-istismar idarəsinin rəisi təyin olunub.
Bu idarə Binəqədi rayonunda yolların asfaltlanması, təmir-tikintisi, genişləndirilməsi ilə məşğuldur.
Şərhlər