"Fənərbaxça"nın prezidenti Aziz Yıldırım yenidən ata olub. Fanat.az xəbər verir ki, klub rəhbərinin ikinci həyat yoldaşı Qonca Yıldırım "Yaz" adını verdikləri qızlarını dünyaya gətirib.
Qeyd edək ki, Aziz Yıldırımın 2010-cu ildə boşandığı ilk həyat yoldaşı Yıldız Yıldırımdan Hande və Gülşah adlı iki qızı var. Hande 2009-da, Gülşah isə ötən il klub prezidentinin qız nəvələrini dünyaya gətirib.
Onu da bildirək ki, Aziz Yıldırımın 60, həyat yoldaşı Qonca Yıldırımın isə 40 yaşı var.
Qaynar.info
Şərhlər