Dünən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, azərbaycanlı azarkeşlərin də maraqla izləyəcəyi oyun Çexiyada olub. Çexiyanın “Viktoriya” komandası İstanbul “Fənərbaxça”sını qəbul edib. Bu görüşdə türklər 1:0 hesabı ilə vacib qələbə qazanaraq 1/4 finala çıxmaq yolunda vacib addım atıblar.
Ruslan Abışovun komandası “Rubin” isə İspaniyada “Levante”nin qonağı olub. Bununla belə bu oyuna da maraq az deyildi. Bu görüşdə hesab açılmayıb.
1/8 finalın mərkəzi oyunu sayılan "Tottenhem" - "İnter" oyununda italyanlar gözləniləmən böyükhesabla (0:3) uduzublar.
Qaynar.info
Şərhlər