Sənət 17:09 25.01.2017

"Kurtlar Vadisi"nə rəqib gəlir - VİDEO

"Kurtlar Vadisi" üslubunda yeni serial çəkilir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kanal D"də yayımlanacaq serialın treyleri təqdim olunub.

Rejissoru Osman Kaya olan serialı Barakuda Film & Es Film şirkəti çəkir. Tanıtım videosunda heç bir aktyorun adı çəkilməyib. Serialın nə zaman başlayacağı məlum deyil. Videonun yayımından sonra sosial mediada hər kəs serialın "Kurtlar Vadisi"nə rəqib olacağı deyilib.


Qaynarinfo.Az